Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 649 $▼2.31%
  • Ethereum1 889 $▼2.02%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq yeyinti

image-1636905055_mudafie-nazirliyi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

Busaat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, iş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92698