Müəllimlərin məzuniyyəti ilə bağlı YENİLİK – FƏRMAN

image-1768583122_04bf8a4f1dd0b45c33cdf84630856bc78f0b9835backend

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib.

Busaat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.

Qanuna əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki