Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Siyasət

Müsavatdan seçki açıqlaması

image-resize-83
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulub.

Busaat.az xəbər verir ki, qərar ilə bağlı “Yeni Sabah”a danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bu seçkilərdə iştirak edib-etməyəcəyi haqda sualı cavablandırıb:

“İstər prezident seçkisi, istərsə, parlament seçkisi yalnız o vaxt növbədənkənar təyin olunur ki, ölkədə hər hansı ciddi siyasi böhran şəraiti yaransın. Yaranmış siyasi gərginliyi, böhran şəraitini aradan qaldırmaq məqsədilə növbədənkənar seçkilər təyin olunur.

Hazırda görünən hər hansı siyasi böhran mövcud deyil. Ona görə də prezident seçkilərinin növbədənkənar təyin olunmasının səbəbləri hələlik aydın deyil. Yəqin ki, hakimiyyət yaxın günlərdə bu seçkiləri təyin etməsinin səbəblərini cəmiyyətə izah edəcək. Şəxsən mənə növbədən kənar prezident seçkilərinin təyin olunmasının səbəbi məlum deyil.

Qərar yeni qəbul olunub və bu məsələlər ətrafında bizim partiyada da müzakirələr aparılacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130057