Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 848 $▲0.15%
  • Ethereum2 243 $▲0.36%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

MÜSTƏMLƏKƏ, YOXSA TƏRƏFDAŞ?: “Fransadan Ermənistana fayda gəlmədiyini görmək üçün...” - ŞƏRH

image-s-15fc311f3fbe144b016cb33c6e9a32b96cc1a892
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Fransanın tarix boyu yürütdüyü siyasətin motivində müstəmləkəçilik amili dayanır”.

Bunu “Fransanın Qarabağa gəlmək istəyi nədir?” sualını cavablandıran siyasi şərhçi Elçin Mirzəbəyli Busaat.az-a açıqlamasında deyib.

image-2894008

O bildirib ki, Fransanın yalnız Azərbaycana deyil, həm də Türkiyə qarşı maraqları mövcuddur:

“Fransa özünün Cənubi Qafqaz regionunda aktiv iştirakını Türkiyə faktorunun güclənməsi müstəvisindən dəyərləndirir. Bu kontekstdən Fransanın İranla yaxından əməkdaşlıq etdiyinə əmin ola bilərsiniz. Yəni, mahiyyət etibarilə eyni maraqlardan çıxış edirlər. 1979-cu ildə Fransadan gələn şəxsin İranda həyata keçirdiyi hakimiyyət dəyişikliyi indiki dövrdə də Fransa ilə bağlarını qırmayıb. Tarixin bütün dövrlərində Fransanın Cənubi Qafqaz, Mərkəzi Asiya maraqları mövcud olub. Fransa indi də tarixi ənənələrini davam etdirir”.

Siyasi şərhçi Fransanın bölgədəki maraqlarına da toxunub: “Məsələyə daha geniş aspektdən yanaşsaq, pərdənin arxasını görə bilərik. Regionda Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə mane olmaqdan başqa Fransadan Ermənistana heç bir fayda gəlmədiyini anlamaq çətin deyil. Hazırda Ermənistana investisiya yatıran ölkələrin siyahısında Fransanın ən son yerlərdən birində olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Bu, Fransanın Ermənistanı bir dövlət kimi inkişaf etdirmək niyyəti olmadığının sübutudur. Fransanın tarix boyu yürütdüyü siyasətin motivində müstəmləkəçilik amili dayanır. Önəmli olan faktorlardan biri Cənubi Qafqazın zəngin təbii resurslara malik olmasıdır. Azərbaycan Mərkəzi Asiyanın təbii ehtiyatlarına açılan qapıdır. Fransa regionda aparıcı yer almaq üçün Ermənistan amilindən yararlanmağa çalışır”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98256