Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Müxalif liderlər YAP-ın 30 illik yubileyində - Fotolar

image-muxa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür.

Busaat.az  xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində tədbir keçirilir. Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrlər də var. Onlar arasında sabiq səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri də var.

 

Sözügedən mərkəzdən foto paylaşan İ.Məmmədov bu sözləri yazıb: “Yeni Azərbaycan Partiyası özünün 30-cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir.

Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”.

“Unikal” saytının yazdığı məlumata görə, yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib. Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlanılsa da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Fotolar Unikal-a məxsusdur:




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91190