Nadir Qafarzadəyə efir qadağası – VİDEO

image-nadirqafarzadebackend

Müğənni Nadir Qafarzadə yeni paylaşımı ilə diqqət çəkib.

Busaat.az  xəbər verir ki, sənətçi konsertlərdən birində mahnı ifa edərkən çəkilən görüntülərini yayımlayıb.

Görüntüləri kulisdən lentə alınan Qafarzadə “Mədəniyyət TV”nin onun ifa etdiyi hissəni kəsib çıxardığını iddia edib:

“Heydər Əliyev adına sarayda qazi və şəhid ailələri üçün təşkil olunmuş konsertdən bir hissədir. Mədəniyyət kanalının rəhbərliyi oxuduğum mahnını kəsib, montaj edib. Beləliklə, efirdə mən görünmürəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Mədəniyyət TV”yə Əməkdar incəsənət xadimi, məşhur rejissor Ülviyyə Könül rəhbər təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90