“Napoli” Kayuste ilə müqavilə imzaladı-FOTO

image-yens-kayustebackend

“Reyms”in yarımmüdafiəçisi Yens Kayuste “Napoli”yə keçib.

Busaat.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Mənbə bildirir ki, 23 yaşlı yarımmüdafiəçi avqustun 10-da tibbi müayinədən uğurla keçib. O, bundan sonra partenopeanlılarla müqavilə imzalayıb.

“Napoli” isveçli yarımmüdafiəçi üçün təxminən 12 milyon avro ödəyəcək.

Xatərladaq ki, Kayuste ötən yay “Midtyulland”dan “Reyms”ə keçmişdi. 2022/2023 mövsümündə o, bütün yarışlarda 33 oyun keçirib, bu oyunda dörd qol və bir məhsuldar ötürmə edib.

Transfermarkt internet portalının məlumatına görə, bu futbolçunun təxmini dəyəri 6 milyon avrodur.

Qeyd edək ki, Kayuste İsveç millisində (14 oyun) oynamaq təcrübəsinə malikdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki