“Nar” və “YAŞAT” Fondu şəhid ailələri üçün layihə həyata keçirib – FOTO

image-66f70c41833c666f70c41833c7172746656166f70c41833c366f70c41833c5backend

27 sentyabr – Anım Günündə “Nar”ın dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib.

Busaat.az xəbər verir ki, layihə çərçivəsində şəhid ailələrinin üzvlərinin Xankəndi və Şuşa şəhərlərinə iki günlük səfəri baş tutub.

İştirakçılar Xankəndi və Şuşa şəhərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə ediblər. Səfər zamanı şəhid ailələrinin üzləri, həmçinin Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, ev-muzeyinə ziyarət ediblər.

Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar “Nar” daim şəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

image-66f70c41a8f3f66f70c41a8f40172746656166f70c41a8f3c66f70c41a8f3e image-66f70c41b65de66f70c41b65df172746656166f70c41b65dc66f70c41b65dd image-66f70c41ba22c66f70c41ba22d172746656166f70c41ba22966f70c41ba22b image-66f70c419b2c266f70c419b2c3172746656166f70c419b2be66f70c419b2c0

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki