Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.75 $▲0.13%
  • WTI neft88.63 $▲0.43%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.252 $▼2.40%
  • Qızıl3 890 $▼0.70%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda592.50 ¢▲0.21%
  • Bitcoin68 844 $▼3.54%
  • Ethereum1 939 $▼3.89%
  • S&P 5007 543▼0.64%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Narkoman gömrük əməkdaşlarının SAYI - Siyahıda qadınlar da var

image-photo_178909
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə gün bundan öncə mediada Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxardığına dair xəbərlər yayıldı.

Busaat.az xəbər verir ki, sədr əvəzi Gömrük Komitəsi əməkdaşlarını narkoloji analizdən keçirib.

Nəticədə Hövsanda və digər postlarda işləyən gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlandığı, bu səbəbdən Şahin Bağırovun onları işdən azad etdiyi bildirilirdi.

Əlavə edək ki, Dövlət Gömrük Komitəsi özü də rəsmi məlumat yayaraq, narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirib.
Qeyd olunurdu ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

DGK məsələ ilə bağlı açıqlama versə də, narkotik istifadəçisi olan nə qədər gömrük əməkdaşının işdən çıxarıldığına aydınlıq gətirməmişdi. Mediada isə narkotikə görə gömrükçülərin kütləvi halda işdən qovulduğu yazılırdı.

Bakupost.az mövzu ilə bağlı bir sıra dəqiqləşdirmələr aparıb.

Məlumata görə, DGK-nın keçirdiyi tibbi müayinədən sonra həqiqətən də işdən çıxarılanlar olsa da, bu, kütləvi xarakter daşımayıb. Belə ki, müvafiq müayinələrdən sonra DGK-nın 7 əməkdaşının narkotik istifadəçisi olduğu məlum olub. Onlardan 2-si qadındır.

Onu da qeyd edək ki, həmin şəxslər heç də DGK-da yüksək vəzifə tutmurlar. Narkotikə görə işdən çıxarılan 7 nəfər müxtəlif gömrük postlarında çalışan inspektorlardır. Tibbi müayinə nəticəsində narkotik istifadəçiləri olduqları təsdiqlənən həmin 7 nəfərin dərhal ərizələri alınıb və onlar gömrük sistemindən uzaqlaşdırılıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85224