Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.83 $▲1.19%
  • WTI neft85.65 $▲0.75%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.188 $▲3.27%
  • Qızıl3 852 $▼0.66%
  • Gümüş47.18 $▼0.64%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 816 $▼1.54%
  • Ethereum1 794 $▼1.38%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Natəvana səhv diaqnoz qoyduğu iddia edilən həkimdən açıqlama

image-natevan_babayeva_2023
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün onkoloji xəstəlikdən 46 yaşında dünyasını dəyişən telejurnalist Natəvan Babayevaya səhv diaqnoz qoyduğu deyilən tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Tamara Quliyeva iddialara cavab verib.

Tamara Quliyeva teleqraf.com-un əməkdaşının “Jurnalist Qənirə Ataşova iddia edir ki, siz Natəvan Babayevanı əməliyyat etmisiniz və ondan sonra bədənində yaranan səpkiləri allergiya adı ilə 7 ay müalicə etmisiniz. Bu iddialar haqqında nə deyə bilərsiniz” suallına “Ümumiyyətlə, Qənirə Ataşovanın vəziyyətdən xəbəri yoxdur. Mən heç xəstəni əməliyyat etməmişəm. Xəstə hər iki orqanın onkoloji xəstəsi idi”, – deyə cavab verib.

Qeyd edək ki, Qənirə Ataşova ötən gün Natəvan Babayeva haqqında sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb: “Onu Bakıda Toma (Tamara Quliyeva) adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115843