Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 192 $▲1.69%
  • Ethereum1 826 $▲3.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Naxçıvanda Seymur Talıbova məxsus ofisin önündə AKSİYA

image-656ef6674b60e656ef6674b60f17017708550c3d23fc475b608f167fe6b5a2934fef
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvan şəhərində Seymur Talıbova məxsus ofisin önündə etiraz aksiyası keçirilib.

Aksiyada Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş sədri Hicran Rüstəmovun ailə üzvləri iştirak ediblər.

Seymur Talıbova məxsus “Reges Renta Cars” şirkətinin ofisinin önündə keçirilən aksiya zamanı onlar hazırda həbsdə olan Rafael Əliyev və Hicran Rüstəmovun məhz Seymur Talıbova görə həbs edildiyini, dövlətə olan borcları onun ödəməli olduğunu bildiriblər.

Qeyd olunub ki, S.Talıbov tərəfindən dövlətə pulun bir qismi ödənilib, yaxınları isə məhz ona görə 1 ilə yaxındır həbsdədilər. Artıq 3-cü dəfədir bura gəldiklərini deyən etirazçılar, hələ də S.Talıbovun qəbuluna düşə bilmədiklərini açıqlayıblar.

Busaat.az xəbər verir ki, APA-nın əməkdaşı qarşı tərəfin mövqeyini öyrənməyə calışsa da, məsələ ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Hicran Rüstəmov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129787