Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Nazir: Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var

image-1687332013_news_20230609093723-7-jpg-1733819141
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var.

Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq:

“Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən həqiqətən də bir neçə vacib addımlar atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir: “Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.

E.Əmrullayev həmçinin vurğulayıb ki, yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyalar edilməsi planlaşdırılır:

“Doktoranturada oxuyanların 10 faizi bu təhsilə başlayıb sonda elmi dərəcə alıb. Buna görə də bu məsələ iki tərəfdən tənzimlənməlidir. Bir tərəfdən, saylara bir daha baxmalıyıq. Bütün ali təhsil müəssisələrində doktorantura proqramı olmalıdır deyə bir reallıq yoxdur. Əgər müəssisə 10 doktorantura hazırlayırsa, onlardan 1-i təhsili yekunlaşdıraraq elmi dərəcə alırsa, burada müəssisənin də rolu var. Bu rəqəm 10-da birdən azdırsa, artıq nazirlikdən incimək lazım deyil. Biz bu istiqaməti düzgün sayırıq. 10 nəfərdən 1-i elmi dərəcə almırsa, düzgün yol budur”.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155387