Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.50 $▲1.86%
  • WTI neft89.16 $▲1.42%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.130 $▼0.92%
  • Qızıl3 843 $▼0.76%
  • Gümüş47.26 $▼0.52%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.00 ¢▲0.09%
  • Bitcoin64 711 $▼0.92%
  • Ethereum1 816 $▼1.02%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İdman

Nazir: “Azərbaycan idmançıları İrəvandakı hoteldən buraxılmırlar, KİV-lə əlaqələri kəsilib”

image-1681542796_farid_gayibov_3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və Vətənə dönəcək”.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında qeyd edib.

“Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir”, – deyə qurum rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar və KİV-ə çıxışları kəsilib:

“Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, – deyə Fərid Qayıbov sözlərini yekaunlaşdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106959