Nazirdən ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA

image-1698913397_1562151162_0211ead7-d426-4aef-be05-c8aec70a548fbackend

Müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir: “Bu risklər fonunda Beynəlxalq Valyuta Fondu cari ilin oktyabr hesabatında qlobal iqtisadi artımı 2023-cü il üzrə 3 faiz, 2024-cü il üzrə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırılıb”.

Nazir cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alındığını vurğulayıb.

“Qeyri-neft qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir. Cari ildə qeyri-neft qaz ixracında 11 faiz artım müşahidə edilib”, – Mikayıl Cabbarov vurğulayıb.

Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki