Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Nazirdən valideynlərə ÇAĞIRIŞ - Müəllimləri 8 Martda belə təbrik edin!

image-photo_195931
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək.

Busaat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur:

“Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik. Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102049