Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

Nazirlik: Qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir

image-silah
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini könüllü olaraq təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Həmçinin Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatın olması barədə daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 1 ədəd “Kalaşnikov” avtomatı, 72 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd qumbara aşkar olunaraq götürülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130074