“Nə oldu, bəs hücum edəcəkdik?” – Zaxarova Böyük Britaniyadan üzrxahlıq tələb etdi

“Nə oldu, bəs hücum edəcəkdik?” – Zaxarova Böyük Britaniyadan üzrxahlıq tələb etdibackend

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trussu yaydığı yalan informasiyaya görə üzr istəməyə çağırıb.

Savash.org-un məlumatına görə Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Qərbi yalançılıqda və dezinformasiya yaymaqda günahlandırıb.

“Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri yalanların yayılmasına görə məsuliyyət daşıyır və Rusiya, Ukrayna və Britaniya xalqından üzr istəməyə borcludur. Həmçinin onun bəyanatlarını doğru hesab edərək dərc edən KİV-lərdən də üzr istəməlidir. Nə oldu. Bəs, Rusiya Ukraynaya hücum edirdi? ”, – Zaxarova deyib.

Xatırladaq ki, Böyük Britaniya xarici işlər naziri Rusiya ordusunun fevralın 15-dən 16-na keçən gecə gecə yarısından (London vaxtı ilə) bir saat sonra Ukraynanı işğal edəcəyi barədə xəbərdarlıq etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90