Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 367 $▲0.40%
  • Ethereum1 792 $▲1.32%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

“Nə qədər insanlıqdan uzaq olasan ki, əlilliyi olan şəxsə qarşı bu cür vəhşiliyi törədəsən” – Jalə Əhmədova

image-media-1-pmujqbxsr18aoy7ie0cw-526x326
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Autizmli şəxsləri öz ətrafına toplayan “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalovanın instagram sosial şəbəkə profilindəki paylaşımından çox təsirləndim. ” -bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Millət vəkili qeyd edib ki, autizm spektr pozuntusu olan Kənanın “Gənclik Mall” ticarət və əyləncə mərkəzində zorakılığa məruz qalması və hadisə ilə bağlı bu günə kimi hər hansı bir tədbir görülməməsindən dərin təəssüf hissi keçirdim.

“Nə qədər insanlıqdan uzaq olasan ki, əlilliyi olan şəxsə qarşı bu cür vəhşiliyi törədəsən? Nə qədər alçaq, şərəfsiz bir məxluq olasan ki, müdafiəsiz birinə əl qaldırasan? Heçmi vicdanı sızlamadı demək istəyirəm, amma məgər belələrində vicdan olur? Belələri insanlıqdan kənarda qalmış məxluqlardır… Müdafiəsiz birinə, övladın belə olsa əl qaldırırsansa ya sənin psixikan yerində deyil, ya da adam deyilsən! Xüsusi qayğıya ehtiyacı olan şəxslərə və əlillərə dövlətimizin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısının, dəstəyinin ən yüksək səviyyədə olduğunu hər birimiz yaxşı bilirik. Və bu kateqoriyadan olan şəxslərə diqqət göstərmək, onların ailələrinin yanında olmaq hər birimizin borcudur. Milli Məclisin deputatı və Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq müvafiq dövlət qurumlarının rəhbərlərindən xahiş edirəm ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsini və günahkar şəxslərin cəzalandırılmasını təmin etsinlər.”- deyə Jalə Əhmədova bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137886