Neftçalanın icra başçısı Bakıda “avtoş”luq edir – Video

Neftçalanın icra başçısı Bakıda “avtoş”luq edir – Videobackend

İcra başçısının və komitə işçisinin Bakıda avtoşluq etdiyi videoçarx yayımlanıb…

Ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu bir dövrdə icra başçısının rəhbəri olduğu rayonu hansı səbəbdən tərk edərək, axşam saatlarında paytaxt küçələrində qaydaları pozması suallar doğurur.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Heydər Atayevin idarə etdiyi və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sərnişini olduğu 99-RJ-991 dövlət nömrə nişanlı “Leksus” markalı avtomobil Bakının İstiqlaliyət küçəsində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozub.

Oxuculardan birinin editor.az göndərdiyi məlumatda qeyd edib ki, 19 may saat 22.00 radələrində icra başçısı və komitə əməkdaşı öz avtomobilləri ilə qanunun dayanma-durma qaydasını pozaraq, avtomobili öncə uzun müddət piyada keçidinin üzərində, daha sonra qadağandır nişanın təsir dairəsində saxlayıb.

Buna səbəb isə icra başçısı və komitə əməkdaşının yaxınlıqdakı kafeden kofe içmək istəyi olub. Qeyd edək ki, ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu bir dövrdə icra başçısının rəhbəri olduğu rayonu hansı səbəbdən tərk edərək, axşam saatlarında paytaxt küçələrində qaydaları pozmaq hesabına kofe içməyə çalışması xeyli sual doğurur.

Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən, ora irad tutub. Prezident deyib: “Sən yaşça kiçiksən, yerini dəyiş”.

/Pia.az/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90