“Neftçi” Fransadan futbolçu transfer edir

image-neftcihavrbackend

“Neftçi” daha bir futbolçunu transfer etməyə yaxındır.

Busaat.az “L Equipe” nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskın transferini bitirmək üzrədir. Fransalı oyunçu ilə 2 illik müqavilə imzalanacağı bildirilib.

Fransalı jurnalist Loic Tanzi özünün “Tvitter” hesabında bu transfer üçün “Neftçi”nin təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki,  26 yaşlı futbolçu daha əvvəl ölkəsində “Keviyi Ruan” klubunda da oynayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90