“Neftçi” – “Olimpiakos” oyununda ispan hakimlər

image-spanish-referee-ricardo-de-burgos-bengoetxea-during-la-liga-match-january-24-2021-20210124342backend

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cavab matçı üçün hakim təyinatları açıqlanıb.

Busaat.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 28-də Bakıdakı “Bakcell Arena”da oynanılacaq matç İspaniya Futbol Federasiyasından Rikardo de Burqosa həvalə olunub. Ona həmyerliləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş saat 21:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında Yunanıstanda iyulun 21-i keçiriləcək ilk qarşılaşmaya isə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90