
“Neftçi” – “Qalatasaray” oyununun stadionu dəyişdi
Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunun yeri dəyişdirilib.
Busaat.az xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da yox, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qarşılaşma sentyabrın 17-də, saat 20:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.























