“Neftçi” və “Zenit” komandaları sentyabrda yenidən qarşılaşa bilərlər

image-neftci-ve-zenitbackend

Bu ilin sentyabrında “Neftçi” və Rusiya “Zenit”i arasında daha bir yoldaşlıq oyunu keçirilə bilər.

Busaat.az “Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, matçın milli komandaların görüşləri ilə bağlı çempionatlarda yaranacaq fasilə dövründə təşkili planlaşdırılır.

İddiaya görə, Sankt-Peterburqda oynanılacaq qarşılaşmanın sentyabrın 7-si və ya 8-də olacağı gözlənilir.

Qeyd edək ki, iki komanda bu yay artıq bir dəfə üz-üzə gəlib. İyulun 1-də “Match TV” kubokuna təsadüf edən oyunda “ağ-qaralar” 1:3 hesabı ilə uduzub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90