Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.
Bu barədə Busaat.az-a mərkəzdən bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada svetoforları quraşdırılıb: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub”.