Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 196 $▼0.04%
  • Ethereum1 928 $▲0.05%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

NİİM də qarlı hava ilə bağlı xəbərdarlıq etdi

image-qarli_yol_1739892843-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Busaat.az xəbər verir ki, müraciətdə vətəndaşlara mümkün qədər avtomobildən istifadə etməmək tövsiyə olunub.

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə paytaxt ərazisində qar yağacağı, yolların buz bağlayacağı ehtimal edilir. Təbii ki, belə olan halda yol-nəqliyyat hadisələrinin baş verməsi və nəqliyyat sıxlığının yaranması qaçılmazdır. NİİM sürücülərə müraciət edərək bildirir ki, ilk növbədə mümkün qədər şəxsi avtomobildən istifadə edilməsin. Mərkəzin əməkdaşları tərəfindən 24 saat yollar nəzarətdə saxlanılacaq və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək, məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulacaq”, – xəbərdarlıqda bildirilib.

Vurğulanıb ki, yol-hərəkəti iştirakçılarının yollardakı vəziyyətlə bağlı məlumatlandırılması təmin ediləcək:

“Qəzalar baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda və digər hallarda, dərhal gücləndirilmiş iş rejimində çalışan Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görəcək. Sürücülərdən sürət həddinə əməl etməyi, ara məsafəsi saxlamağı və məlumatlı olmaq üçün NİİM-in sosial şəbəkə hesablarını izləməyi xahiş edirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159641