Nikol qaçacaq, İrəvan isə… – Jirinovski Ermənistanla bağlı PROQNOZ VERDİ

image-jirinovskibackend

Ermənistanda problemin həlli üçün Rusiyaya birləşmə olmalıdır.

Busaat.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Nə etmək lazımdır? Artıq 30 ildir orada vəziyyət belədir. Əgər erməni problemini götürsək, o, üç yüz ildir var. Həll çar dövründə olduğu kimi, bir dənədir – Rusiyanın tərkibinə qatıb, İrəvan quberniyası etmək. Hər şey sakitləşəcək”, – deyə o bildirib.

Jirinovski deyib ki, Ermənistanda hamını hazırda danışıqlar masası ətrafına toplamaq çox çətindir:

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsünüz ki, artıq parlament iclası baş tutmur. Ona görə ki, Paşinyanın Mənim Addımım Bloku iclasa gəlmir. Yəni dəyirmi masa mümkün deyil. Ermənistan dünyanın Qafqaz, Şərq deyilən hissəsindədir, hansı ki, burada məsələlər güclə həll edilir.

Ermənilərdən Rusiyanın tərkibinə qatılmaq arzularıyla bağlı sorğu keçirilməlidir və əgər onlar imtina etsələr, bir daha Ermənistana kömək etməmək lazımdır”.

Siyasətçi Ermənistanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu bildirib. Onun proqnozuna görə, yaxın günlərdə ölkə əhalisi yeni siyasi rejim formatında oyanacaqlar.

Jirinovski Paşinyanın ölkə sərhədlərindən xaricə qaçacağını, ya da ABŞ səfirliyində gizlənəcəyini söyləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90