
Nikolayevdə yaşayış binasını vuruldu - 6 nəfər öldü
Nikolayevdə yaşayış binasının vurulması nəticəsində 6 nəfər həlak olub.
Busaat.az xarici mediyaya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Nikolayevdə yaşayış binasını atəşə tutub.
Atəş nəticəsində ölənlərin sayının 6-ya çatdığı bildirilib.
Bu barədə Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim öz Telegram hesabında paylaşım edib: “
“Məxluqlar Ukrayna Silahlı Qüvvələrinə cavab olaraq beşmərtəbəli yaşayış binasına raket hücumu ilə cavab verdilər. İki ölü, iki yaralı var” –deyə, paylaşımda qeyd olunub.
“Beşmərtəbəli yaşayış binasına hücum olub. Bina 5-ci mərtəbədən 1-ci mərtəbəyə kimi dağılıb. Təəssüf ki, ölən və yaralananlar var. Xilasedicilər evin dağıntıları altından daha üç cəsədi – bir kişi və iki qadını çıxarıblar. Saat 10:00-a olan məlumata görə, altı nəfər yaşayış binasına dəymiş zərbə nəticəsində ölüb” –deyə, şəhər meri Aleksandr Senkeviç məlumatı təsdiqləyib.
Ukrayna prezidenti Volodimir Zelenski hadisəyə reaksiya verərək bildirib: “Axtarış-xilasetmə işləri davam edir. Rusiya öz iyrənc taktikasından əl çəkmir. Biz də mübarizəmizi dayandırmırıq. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törədilən hər bir cinayətə görə məsuliyyət daşıyacaqlar”.
Busaat.az























