Sentyabrın 8-də, saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə oğlu tərəfindən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Nofəl Süleymanlının övladı tərəfindən qəsdən öldürülməsi ilə bağlı məlumat yayılıb.
Busaat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddiaya görə, tanınmış gitara ifaçısı oğlu Şövqü Süleymanlı tərəfindən qəsdən öldürüb.
Bildirilir ki, mərhum gitara ifaçısının Azərbaycan şou-biznesində tanınan müğənnilərdən biri ilə şəxsi münasibətləri olub. Bundan xəbər tutan Nofel Süleymanlının həyat yoldaşının isə əri ilə münaqişələri başlayıb.
İddia edilir ki, bundan hiddətlənən 17 yaşlı oğlu şəxsi münaqişə zəminində atasından intiqam almaq istəyib və onu güllələyib.
Yayılan iddialarla bağlı Baş Prokurorluqdan bildirilib ki, onlarda bununla bağlı hər hansı informasiya yoxdur: “Hazırda istintaq davam edir. Bu cinayət işi ilə bağlı rəsmi məlumat verilib”.
Qeyd edək ki, Prokurorluq tanınmış gitara ifaçısı Nofəl Süleymanovun öldürülməsi ilə bağlı yayılmış xəbərlərə bir neçə gün əvvəl aydınlıq gətirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürəyinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.