Novruz Məmmədovun kürəkəni: “Nə etmişəmsə, özüm etmişəm, qaynatamın heç bir rolu yoxdur”

image-923a70e9214d2542d046663ce6e372b3backend
image-uzb_ads_desk

“Deyirlər ki, Pərviz Qasımov bura pul xərcləyir, ora pul xərcləyir. Pərvizin nə biznesi var, nə də… Bu dəyirmanın suyu saytlardan gəlir. Başlıq yazırlar, xoşuma gəlmir. Xahiş edirəm, belə şeylər etməyin. Yazırlar ki, sabiq baş nazirin kürəkəni idman yarışında yer tutub. Bunun nə dəxli var? Mən əvvəl də yer tuturdum. Siyasəti musiqiyə qatmaq olmaz…”

Busaat.az xəbər verir ki, bu sözləri keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.

“Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma məsələləri qarışdırırlar. Saytlara zəng edirsən ki, zəhmət olmasa, özüm haqqında yazın. İndiyə kimi nə etmişəmsə, vallah, özüm etmişəm. Qaynatamın burada heç bir rolu yoxdur…”, – P.Qasımov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki