Nyu-Yorkda 7 mindən çox tibb bacısı tətil keçirdi

image-thumbs_b_c_886e0eee90d57e7075d0db95ba08b04ebackend

Nyu-Yorkda iki böyük səhiyyə müəssisəsində çalışan 7 mindən çox tibb bacısı və tibb işçisi kadr çatışmazlığına və maaşların aşağı olmasına etiraz olaraq tətilə çıxıb.

Busaat.az xəbər verir ki, Nyu-York Ştat Tibb Bacıları Assosiasiyasının (NYSNA) təşkil etdiyi tətili dəstəkləmək üçün Manhettendə Sinay dağının və Bronksdakı Montefiore Tibb Mərkəzinin qarşısına 7 mindən çox tibb işçisi toplaşıb.

Amerika Əmək Federasiyası və Sənaye Təşkilatları Konqresinin (AFL-CIO) prezidenti Mario Cliento, bir çox fərqli həmkarlar ittifaqının da dəstəklədiyi tətillə bağlı açıqlama verib: “Tətil etməkdən başqa çarə yoxdur”.

Cliento əlavə edib: “Bu xəstəxanaların tibb bacılarının hər gün xəstələri üçün etdiyi fədakarlıqlara məhəl qoymaması inanılmazdır. Onların bu tibb bacılarına münasibəti pandemiya zamanı həmin qəhrəmanlara söylədiyi bütün tərifli sözlərin boş olduğunun sübutudur”.

ABŞ senatoru Bernie Sanders Twitter-də mövu ilə bağlı paylaşım edib: “Mən Sina Dağı Xəstəxanası və Montefiore Tibb Mərkəzində tətil edən 7000-dən çox Nyu-York tibb bacısını dəstəkləyirəm. Əgər bu xəstəxanalar 2021-ci ildə aktivlərini 1 milyard dollardan çox artıra biliblərsə, tibb bacılarına ədalətli ödəniş edə bilərlər”.

Bir qrup Demokrat siyasətçi ilə birlikdə tətilə qatılan Nyu-York Baş prokuroru Letitia James Twitter-də bir şəkil paylaşaraq qeyd edib: “Nyu-York tibb bacıları epidemiyanın ən qaranlıq günlərində yaxınlarımız xəstələnəndə həmişə yanımızda olublar. Bu gün ehtiyac duyduqları və layiq olduqlarını tələb etmək üçün biz onların yanındayıq”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90