Obradoviçin narazılığına A millimizdən cavab

image-166251_oexs12iqltbackend

“Bütün yığmaların və klubların məqsədi odur ki, A millisinə qulluq etsinlər. A millisi olan yerdə hər şey ikinci plana keçməlidir”.

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Bir neçə gün əvvəl U-21 yığmamızın baş məşqçi vəzifəsindən ayrılan Milan Obradoviç müsahibəsində əsas millimizin çalışdırıcısı Canni de Byazidən narazılıq ifadə etmişdi. O, U-21 millisinə faydalı olacaq oyunçuların A milliyə dəvət olunduğunu və orada oynadılmadığını bildirmişdi.

Buna münasibət bildirən Arif Əsədov qeyd edib ki, hər hansı futbolçu əsas millimizə lazımdırsa, orada olmalıdır və onun nə qədər oynamağının fərqi yoxdur:

“Lap 10 dəqiqə oynasa da, lazımdırsa, millinin düşərgəsində olmalıdır. Ona görə də həmişə məşqçilər arasında müzakirələr olur. O futbolçular millidə olmalıdır ki, ab-havanı hiss etsinlər. Heç bir məşqçi zəmanət verə bilməz ki, futbolçunu götürmüşəmsə, mütləq oynadacağam. Çünki müxtəlif rotasiyalar olur. Ola bilər ki, futbolçu az oynasın, amma onun üçün A millisində olmaq böyük bir fəxrdir. Təbii ki, Obradoviç də nəticə qazanmaq istəyər. Ona görə belə deyib. Amma məncə, bunu şişirtmək lazım deyil. Düzdür, fikrini bildirib, amma bu proseslər belə olur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90