Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 037 $▼0.11%
  • Ethereum1 784 $▲0.89%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

"Oğlu anasının meyitini gözləyirdi, biz sağ çıxardıq" - FHN zabiti (VİDEO)

image-1676316613_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

”Ana altı gün idi ki, dağıntılar altında qalmışdı. Oğlu isə hər şeydən əlini üzüb cəsədin çıxarılmasını gözləyirdi. Ancaq biz onu sağ-salamat dağıntıların altından çıxarıb övladına təhvil verdik. Həmin an hisslərimizə hakim ola bilmədik, ağladıq”.

Qaynarinfo xəbər verir ki, bunu türkiyəli yaşlı qadını xilas edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti Anar Alxanov təəssüratlarını “Xəzər Xəbər”lə bölüşərkən deyib.

Onun sözlərinə görə, fevralın 11-də Kahramanmaraş rayonunda binanın 4-cü mərtəbəsində dağıntılar altında Fatma adlı yaşlı bir qadın qalıb. Məlumat alan kimi dərhal onun axtarışlarına başlanıb.

Digər xilasedicimiz Əli Şirzadov isə axtarışlar zamanı qızıl-zinət əşyaları taparaq jandarm bölməsinə təhvil verib. Bu qürurverici addımı yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.

Qeyd edək ki, indiyədək xilasedicilərimiz Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bundan başqa, qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyət göstərir. Hospitalda ötən günlər ərzində 215 nəfərə tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fəaliyyətini fasiləsiz davam etdirir.

Daha ətraflı videomaterialda:

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100512