“Oğlum elə bilir ki, atası ölüb” – Günay + Video

image-mycollages_-_2021-11-29t154642-020backend

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı Tolga Karelin oğlu ilə maraqlanmadığını deyib.

Busaat.az  xəbər verir ki, bu barədə o, “2. Sayfa” proqramında danışıb. Musayeva Kareldən dünyaya gətirdiyi 9 yaşlı oğlu Cihangirin atasını heç vaxt soruşmadığını bildirib:

“Atasının yaşadığını, adını, heç nəyini bilmir. Mən xaricdə olarkən oğlum anamla qalanda “atam buludların üstündə gülümsəyir” deyib. Zəng etdim və Tolga ilə əlaqə qura bilmədim. Cihangir elə bilir ki, atası ölüb. Ayda bir dəfə də olsa Cihangirə zəng etsə, gələcəkdə qarşısına çıxdıqda uşaq travma yaşamaz. Buna görə uşağına zəng etməsini istəyirəm”.

Qeyd edək ki, Tolqa Karel ikinci dəfə Sara Skot adlı əcnəbi xanımla ailə qurub. O, hazırda ABŞ-da yaşayır. Aktyorun bu nikahdan iki övladı var. Sara hazırda üçüncü uşağa hamilədir. Günay və Tolqa 2015-ci ildə ayrılıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki