“Oğulsan, Jalə, oğul!” paylaşımı tənqid edildi

image-gulesbackend

Məlum olduğu kimi, idmançımız Jalə Əliyeva Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanıb. Güləşçimiz nigeriyalı Ester Kolayevanı 14:6 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Busaat.az  xəbər verir ki, Azərbaycan Güləş Federasiyası rəsmi səhifəsində xanım idmançımızın qələbəsini “Oğulsan, Jalə, oğul!” kimi təqdim etməsi tənqidlə qarşılanıb. Yüzlərlə feysbuk istifadəçisi bu paylaşıma mənfi rəy yazıb, seksist düşüncə kimi qiymətləndiriblər.

İzləyicilər paylaşımı qadın güləşçimizə qarşı qeyri-etik hərəkət hesab ediblər.

Lakin tənqidlərə baxmayaraq səhifə nə paylaşımı silib, nə də üzr istəyib.

 

 

Qafqazinfo
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90