Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.96 $▲1.33%
  • WTI neft85.67 $▲0.78%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.194 $▲3.47%
  • Qızıl3 852 $▼0.64%
  • Gümüş47.20 $▼0.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 332 $▼0.75%
  • Ethereum1 805 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir"- Yaponiyalı nazir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır”.

Sportfan.az-ın Yaponiya mətbuatına  istinadən xəbər verir ki, bunu Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto deyib.

“Oyunlarla əlaqəli olan bütün şəxslər birgə çalışır və hazırlıq işlərini görürlər. Bu, hazırkı şəraitdə ciddi səylər ortaya qoyan idmançılara da aiddir. Biz olimpiadanı istənilən halda keçirməliyik” deyə o, əlavə edib.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts “Tokio-2020″nin koronavirus olsa da, olmasa da gerçəkləşəcəyini açıqlayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları bu il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən Oyunlar 2021-ci il 23 iyul – 8 avqusta təxirə salınıb. Bununla belə, “Tokio-2020” adı saxlanılıb.

İyunda Təşkilat Komitəsi Oyunların formatının sadələşdirilməsi lehinə çıxış edib. Yarışların üç baza prinsipi əsasında təşkili planlaşdırılır. Bunlar təhlükəsizliyin təmin olunması, xərclərin minimallaşdırılması və formatın yüngülləşdirilməsidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17726