Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 540 $▼2.47%
  • Ethereum1 876 $▼2.67%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Ölkəmiz meyvə-tərəvəz ixracından bu qədər gəlir əldə edib

image-6741adc3048456741adc30484617323575716741adc3048436741adc304844jpg-1732358626
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 535 milyon 26.8 min ABŞ dolları dəyərində 515 min 707 ton meyvə-tərəvəz ixrac edilib.

Busaat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara istinadla xəbər verir ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 1.72% və ya 9.4 milyon dollar, həcmi isə 4.1% və ya 22 min ton azalıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycan 544 milyon 433 min dollar dəyərində 537 min 761 ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 141,9 milyon dollar dəyərində tomat (118.9 min ton) , 96.4 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 52.9 milyon dollar dəyərində xurma (74.5 min ton), 42.6 milyon dollar dəyərində alma (66.9 min ton ), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton), 16.4 milyon dollar dəyərində nar (18.6 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.35%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.06%-ə bərabər olub. apa

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153164