Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft110.13 $▼2.91%
  • WTI neft100.84 $▼3.15%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.899 $▲0.03%
  • Qızıl3 909 $▲0.27%
  • Gümüş49.93 $▲1.33%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda601.50 ¢▼0.33%
  • Bitcoin78 434 $▲0.80%
  • Ethereum2 294 $▲1.63%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Ombudsman Aparatında bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradılıb

image-4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.

busaat.az xəbər verir ki, İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.

Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar.

Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157188