Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 348 $▲1.93%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli və onun anası ilə görüşüb

image-b4769922-c0d1-4428-852e-cd2d972f46fe
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumat yayılıb. Ombudsman Aparatı tərəfindən məsələ ilə bağlı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparılıb.

Ombudsman Aparatından verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.

Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81669