Otel qiymətlərinin bahalaşmasına səbəb nədir?: “Gecəsi iki yüz…”-ŞƏRH

image-354496050backend

“Turizm bazar iqtisadiyyatı şərtlərinə uyğun tənzimlənir”.

Bunu yeni il qabağı otel qiymətlərinin həddən artıq yüksəlməsinə münasibət bildirən iqtisadçı Xalid Kərimli Busaat.az-a açıqlamasında deyib.

image-qhlqwvfluaxzewlmt3mxklkf1fivo9ctjejygpkh-1

O bildirib ki, otel qiymətlərini hökümət tənzimləmir: “Turizm bazar iqtisadiyyatı şərtlərinə uyğun tənzimlənir. Azad rəqabət olan bazarda gecəsinin qiyməti iki yüz minə olan otel də ola bilər. Heç kəs həmin otelfən istifadə etməyə məcbur deyil. Dövlət süni qiymət təyin edildiyi zaman məsələyə müdaxilə edə bilər. Bəzi lüks otellərin hansısa iri şirkətlərə məxsus olması hər kəsə aydındır. Turizm bazarında ciddi monopoliya problemi olduğunu düşünmürəm. Otel lüks xidmət sayılır. Yəni evdə oturmayıb haradasa fərqli xidmət almaq istiyirsinizsə bu lüks istehlakıdır”.

İqtisadçı qiymətlərin baha olmasının əsas səbəbini varlıları cəlb etmək üçün nəzərdə tutulduğunu qeyd edib: “İkinci məsələ isə sahibkarın qiymətləri niyə qaldırmasıdır. Sahibkar istər 500 manat, istərsə də 2000 manat qiymət təyin edə bilər. Məhsuldan istifadə etməyi heç kimə məcbur etmir. Varlıları cəlb etmək və kasıblar gəlməsin deyə belə üsullardan istifadə edilir. Yəqin ki, gələcəkdə iki min yox, iki yüz min belə görə bilərik.

İnsanların aylıq gəliri fərqlidir. Milyoner də var, qeyri-rəsmi milyarder də. Həmin təbəqə üçün yüksək qiymət problem deyil. Otellərin təqdim etdiyi məhsul kasıb təbəqə üçün deyil. Hər kəs yorğanını ayağına görə uzatmalıdır”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki