Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.63 $▼2.04%
  • WTI neft90.37 $▼1.18%
  • Avropa qazı (TTF)85.41 €▼4.72%
  • Təbii qaz (ABŞ)2.978 $▲0.74%
  • Qızıl4 069 $▲0.37%
  • Gümüş51.99 $▲0.85%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda595.50 ¢▲0.04%
  • Bitcoin75 694 $▼0.36%
  • Ethereum2 229 $▼0.27%
  • S&P 5007 423▲0.90%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Özünü İslam dövləti adlandıran İran görün nə edir” - ŞƏRH

image-armenia-iran-1280x720
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əgər İran hökuməti İslam dəyərlərinə hörmət edirsə, işğalçı Ermənistana bəslədiyi sevgiyə, Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqeyə görə bütün İslam ölkələrindən və Azərbaycandan üzr istəməlidir”.

Bunu Azərbaycanın İsraildə fəaliyyətə başlayacağı səfirlik fonunda İranın reaksiyasından danışan politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İsraildə fəaliyyətə başlayacaq səfirliyimiz Azərbaycanın müstəqil siyasət yürütdüyünün göstəricisidir:

image-anar-eli-polad

 

“Azərbaycanın İsraildə səfirlik açması heç bir dövlətə qarşı atılmış addım deyil. Heç bir dövlət Azərbaycanın müstəqil siyasətinə qarışa bilməz. Əgər qarışılarsa bu dövlətlərin daxili işinə müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun İsrailə səfərini qonşumuz İran daxil, heç bir ölkə aqressiv qarşılamamalıdır. Azərbaycanın haqlı mübarizəsini İsrail hər zaman dəstəkləyib. İsrail beynəlxalq müstəvidə Azərbaycanı müdafiə edib, 44 günlük müharibədə lazımi hərbi texniki avadanlıqlar verərək qələbə qazanmağımıza kömək olub. Azərbaycan-İsrail münasibətlərinin səfirlik səviyyəsinə qədər çatması gələcək proseslərin artan xətlə müsbətə doğru dəyişəcəyindən xəbər verir”.

Politoloq sğzlərinə belə davam edib: “İrandan fərqli olaraq İsrailin ortaya qoyduğu ədalətli mövqe Cənubi Qafqazda formalaşan sülh münasibətlərində böyük rola sahibdir. Özünü İslam dövləti adlandıran İran görün nə edir. İşğalçı Ermənistanın yanında yer alaraq onun sərhədlərini özünün “qırmızı xətt”i sayır. Əgər İran hökuməti İslam dəyərlərinə hörmət edirsə, işğalçı Ermənistana bəslədiyi sevgiyə, Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqeyə görə bütün İslam ölkələrindən və Azərbaycandan üzr istəməlidir. Bilməlidir ki, qarşısında duran 90-cı illərdəki müsətiqilliyini yeni qazanmış Azərbaycan yox, regionda söz sahibinə çevrilən, günü-gündən güclənən Azərbaycandır. İran Azərbaycana qarşı atacağı addımı bir yox, bir neçə dəfə düşünməlidir”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103058