Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Parlament buraxıla, referendum keçirilə bilər - Hazırlıqlar başladı

image-1674734056_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

9 fevral 2020-ci il tarixdə növbədənkənar seçkilər nəticəsində formalaşan hazırki parlamentin buraxılması yenidən gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, yayılan məlumatlarda parlamentin buraxılaması ilə yanaşı, referendum keçiriləcəyi də iddia olunur. Hətta dairə və məntəqə seçki komissiyalarında hazırlıqların başladığı da deyilir.

Referendum məsələsi hələ bir müddət əvvəl gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, hakimiyyət konstitusiya islahatları aparmaq niyyətindədir. İslahatlar çərçivəsində prorporsional seçki sisteminin bərpa ediləcəyi də xüsusi vurğulanırdı. Həmin ərəfədə siyasi partiyalarla dialoq prosesinin başladılması, qeydiyyatı olmayan bəzi partiyaların bu probleminin həlli referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi barədə yayılan məlumatların əsassız olmadığına şübhələri artırırdı. Eyni zamanda müşahidələr göstərirdi ki, hakimiyyətdə bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Çünki parlamentinin buraxılması, proporsional seçki siiteminin bərpasının əleyhinə danışan hakimiyyət nümayəndələri də var idi.

Bu məsələnin Milli Məclisin deputatı Erkin Qədirlinin məlum açıqlamasından sonra yenidən gündəmə gəlməsi artıq siyasi mühitdə hakimiyyətin referenduma gedəcəyi barədə qəti fikir formalaşdırıb.

Məlumat üçün deyək ki, Erkin Qədirli Milli Məclisin demokratik seçki nəticəsində formalaşmadığını deyib. Bəzi ekspertlər hesab edir ki, özü də parlamentdə təmsil olunan və kifayət qədər intellekt sahibi olan Erkin Qədirlinin belə bir açıqlama ilə çıxış etməsi təsadüfi olmaya bilər.

Digər tərəfdən, növbəti parlamenti seçkiləri 2025-ci ilə təsadüf edir. Həmin Azərbaycanda prezidenti seçkiləri də keçirilməlidir. Seçkinin nə dərəcədə ağır proses olduğunu nəzərə alsaq, hakimiyyətin bir ildə iki seçki keçirəcəyi inandırıcı görünmür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98397