“Paşinyan ağıllı siyasətçi olsa…” – AÇIQLAMA

image-paso-pressbackend

“Ermənistan rəhbərliyinin Avropadan istədiyi dəstəyi alacağı inandırıcı deyil”.

Bunu erməni deputat Arman Babacanyanın “Rusiyanın Qərbyönümlü siyasət aparan İrəvana daxildən zərbələri gözlənilir” sözlərinə münasibət bildirən politoloq Rafail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Qafqazda Qərblə Rusiya arasında ciddi bir qarşıdurma mövcudluğunu inkar etmək olmaz:

image-1639724750_1639724725-1

 

“İllərlə Rusiyanın forpostu olan Ermənistan indi yeni aktorlar vasitəsilə Azərbaycana qarşı dirəniş göstərmək istəyir. Zamanında Azərbaycan torpaqlarını işğal edəndə yanında Rusiya olub. Rusiyanın verdiyi silahla, əsgər güc ilə bizim torpaqlarımızı işğal edib. Həqiqətdir ki, Ermənistan öz gücünə bizdən bir qarış da torpaq ala bilməzdi. Zamanla güc nisbətləri də dəyişdi. Nüfuzlu və güclü Azərbaycan dünya üçün maraqlı və gərəkli tərəfdaşa çevirildi. Rusiya bu zaman geri addım atdı və Azərbaycana qarşı yürütdüyü siyasətdə düzəlişlər etdi. Bu zaman biz Ermənistana yerini göstərdik və torpaqlarımızı işğaldan azad etdik”.

Becanov Ermənistanın Rusiyadan üz döndərmə səbəblərinə toxunub: “Proses boyu Paşinyan Rusiyanı oyuna qatmaq və bizimlə Rusiyanın üz-üzə gəlməsinə cəhd etdi. Amma KTMT-də istədiyini nail ola bilmədi. Ona görə də indi üzünü Avropaya tutub. Azərbaycan Avropa üçün vacib ölkədir. Nə Avropa, nə bir başqası bizim haqlı tələblərimizə qarşı çıxa bilər. Eyni zamanda kimsə regionda sülh və sabitliyin qorunmasına qarşı addım atmayacaq. Ona görə də Ermənistan rəhbərliyinin Avropadan da istədiyi dəstəyi alacağı inandırıcı deyil”.

Politoloq Ermənistanın xilas yolunu dəyərləndirib: “Bütün ümidləri qırılan Paşinyan bu zaman nə edəcək? Hesab edirəm ki, o zaman Rusiya bunu cəzalandırmaq imkanlarını əldən verməyəcək. Ehtimallardan biri budur ki, Paşinyana qarşı xalq – yəni revanşistlərin etirazları təşkil olunacaq. Bu etirazlar yetərsiz olduqda isə daxildə silahlı qarşıdurma ehtimalı gözləniləndir. Çünki Rusiya başa düşür ki, Cənubi Qafqazda onun varlığı Ermənistandan asılıdır. Azərbaycan və Gürcüstanın yolu Qərblə bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq yoludur. Eyni zamanda Rusiya ilə də bərabərhüquqlu qonşuluq siyasəti əsas prioritetdir. Belə olan halda Rusiyanın daimi forpostu rolunda olan Ermənistansız Cənubi Qafqazda qalmaq imkanı əlindən çıxacaq. Paşinyanın da, Ermənistanın da çıxış yolu Azərbaycanla sülh müqaviləsini təcili imzalamaqdır. Bunun üçün Ermənistan öz qonşuları ilə vasitəçilərsiz, birbaşa danışıqlar aparmalıdır. Paşinyan ağıllı siyasətçi olsa, özünün hakimiyyətini və ölkəsini qorumaq üçün bundan başqa çıxış yolunun olmadığını dərk etməlidir. Əks halda Ermənistanda xaos olacağı, vətəndaş müharibəsi və Paşinyanın da bunun müqabilində hakimiyyətini itirəcəyi ilə bağlı proqnozlaşıdırlan istənilən hadisə baş verə bilər”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki