Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 705 $▲0.93%
  • Ethereum1 809 $▲2.30%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ

image-1110929_0-780x470
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesab edilən Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni separatçıların təxribat əməli Rusiyanın Cənubi Qafqazdakı rolunu və Ermənistanla sülh danışıqlarını canlandırmaq niyyətilə Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya son səfəri ilə üst-üstə düşür”.

Busaat.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı ekspert bildirib ki, Brüssel danışıqları effektiv olsa Rusiya Qarabağda aranı qarışdıracaq:

“Lavrov çox güman ki, ABŞ-ın vasitəçilik prosesinə marağının artması ilə ermənilərin Vardanyanı və Qarabağdakı daha bir neçə separatçını “vəzifələrindən” uzaqlaşdırmağa məcbur olmasından narazıdır ki, bu da Rusiyaya optikanın nüfuzu və regionda birbaşa təsiri bahasına başa gəlir. Lavrov həmçinin Bakının sülh danışıqlarını irəli apara biləcək, eyni zamanda gərginlikdən öz xeyrinə istifadə edən Rusiya sülhməramlılarının rolunu və təsirini məhdudlaşdırmağa xidmət edən qarşılıqlı keçid məntəqələri ideyasından da narazı idi.

Rusiya təxribatlar davam edərsə, hər iki tərəfin müdaxilə etmək və sərhəddəki atışmalara son qoymaq üçün Moskvadan asılı olacağını təxmin edir. 5 il davam edən sülh müqaviləsi sülhməramlıların mövcudluğuna işarə etdiyinə görə, onları bölgədən indiki halda asanlıqla çıxarmaq mümkün deyil və buna görə də Rusiyanın manevr etmək və manipulyasiya imkanı var. Əgər Rusiya Brüssel görüşünü pozmağa müvəffəq olarsa, o zaman bundan özünü diplomatik prosesə yenidən daxil etmək üçün fürsət kimi istifadə edə bilər.

Lakin bu, həm də Rusiyanın qeyri-sabitliyi artıracağı və Ermənistanı gözlənilməz hadisələr zəncirini yarada biləcək növbəti ehtiyatsız addımın astanasına gətirəcəyi və ən azı keçən ilin sentyabrında Ermənistan və Azərbaycanın 100-dən çox itkisi zamanı baş verənlərə bənzər eskalasiyanın təkrarlanmasına sövq edəcəyi anlamına da gələ bilər”. //Milli.Az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103521