
Paşinyan Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiya göndərməyə çağırdı
Ermənistan beynəlxalq ictimaiyyəti Qarabağa və Azərbaycanın blokladığı Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiya göndərməyə çağırır.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Laçın yolunun blokadasının davam etməsi Qarabağa və Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini daha da vacib edir” – deyə o, bu istiqamətdə davamlı səylərə çağırıb.
Ermənistanın baş nazirinin sözlərinə görə, İrəvan beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyadan Laçın yolunun “blokadasının” qarşısının alınması üçün daha əsaslı addımlar gözləyir.
Busaat.az























