Paşinyan Qafanda da etirazlarla qarşılandı

image-pasinyan-4backend

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzurun (Sünik) Qafan şəhərinə səfəri də etirazlarla qarşılanıb. Baş nazirin əleyhdarları regional administrasiyanın binasına toplaşaraq “Nikol xaindir”, “Nikol torpaqları təslim edib” şüarları səsləndiriblər.

Hazırda Paşinyan Zəngəzur regional administrasiyasının binasındadır.

Xatırladaq ki, bundan əvvəl Mehridə olan Paşinyanı insanlar etirazlarla qarşılayıb və o, məcburən şəhəri tərk edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90