Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 728 $▼2.19%
  • Ethereum1 891 $▼1.91%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Paşinyan: "Rusiya, Aİ, ABŞ Qarabağın müstəqilliyini və Ermənistanın bir hissəsi kimi tanımağa HAZIR DEYİL" - VİDEO

image-pasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya, Aİ, ABŞ nə Qarabağın müstəqilliyini, nə də Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazırdır”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da İctimai Televiziya Şirkətinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ probleminin həlli ilə bağlı öz baxışları var, lakin onların hər birinin öz həll paketi olduğunu söyləmək olmaz.

Onun sözlərinə görə, yuxarıda adları çəkilən beynəlxalq strukturların və ölkələrin heç biri Qarabağın müstəqilliyini tanımağa və Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil.

“Təbii ki, yanaşmalarda fərqliliklər var. Bu ölkələr faktiki olaraq beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatlar veriblər”, – Paşinyan deyib.

“Azərbaycanın beş təklifinə gəlincə, bunlar beynəlxalq səviyyədə tanınmış qətnamələrdir. Onların əsasında sülh müqavilələri imzalanır.

Mən demirəm ki, bütün sülh müqavilələri eynidir. Amma mahiyyət etibarilə beynəlxalq səviyyədə tanınan sərhədlərin tanınması, ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və s. prinsiplər formalaşıb. Bu ifadələr yüz faiz eyni deyil, əslində, eyni məna daşıyır”, – deyə Baş nazir bildirib.

Konkret.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86777