“Paşinyanın məqsədi KTMT-dən çıxmaq üçün əsas formalaşdırmaqdır” – ŞƏRH

image-pasinyan-reuters_16_9_1601621584backend

“KTMT-də Rusiya tək deyil, o blokda Azərbaycanın dostları var və onlar Ermənistanın haqsız mövqeyinə qarşı çıxış edirlər. Paşinyan bu durumdan istifadə edir və elə şərtlər irəli sürür ki, KTMT-dən çıxmaq üçün əlində əsas formalaşsın”.

Bunu Ermənistan baş naziri Paşinyanın son çıxışında söylədiyi, “Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir”, – sözlərinin nəyi ehitva etdiyi və gələcək proseslərin Ermənistan üçün necə dəyişəcəyi barədə fikirlərini bildirən politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyanın bu açıqlamasını Rusiyaya dirəniş kimi hesab etmək olar:

image-teleqraf-com1440066282rafael-becanov

“Baş verənlər Paşinyanın Ermənistanı KTMT-dən çıxarmaq istədiyini göstərir. Çünki onun qarşısındakı əsas tələblərdən biri budur. Ona görə də Rusiya qarşısında elə şərtlər qoyur ki, nəticə KTMT-dən çıxmaqla bitsin. Bu səbədən də ötən ilin sonunda “KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” yekun sənədi imzalamaqdan imtina etdi. Bu günlərdə isə KTMT-nin Baş katibinin müavini vəzifəsindən imtina etdi və bildirdi ki, əgər bu, hansısa formada Ermənistanın təhlükəsizliyini artıracaqsa, razılıq verəcək. Əks halda yox.

Paşinyan Ermənistanın təhlükəsizliyi deyəndə nəyi nəzərdə tutur? KTMT-dən tələb edir ki, Azərbaycana münasibətdə qarşı tərəfə çevrilsin. KTMT-də isə Rusiya tək deyil, o blokda Azərbaycanın dostları var və onlar Ermənistanın haqsız mövqeyinə qarşı çıxış edirlər. Paşinyan bu durumdan istifadə edir və elə şərtlər irəli sürür ki, KTMT-dən çıxmaq üçün əlində əsas formalaşsın. Rusiyanın nüfuzunun, hərbi gücünün tükənməsi də Paşinyana bu addımı atmaq üçün əsas yaradır”.

Rusiyanın Paşinyanın bu addımlarına necə cavab verəcəyi barədə danışan politoloq qeyd edib: “Rusiyanın bunu Paşinyana bağışlayacağı inandırıcı deyil. Əgər Paşinyan doğrudan da özündə güc tapıb bu addımı atarsa, Rusiyanın bunu “ikinci cəbhə” kimi qiymətləndirmək ehtimalı böyükdür. Rusiya bir neçə ildir ki, Paşinyanın hakimiyyətdən devrilməsinə çalışır. Lakin ermənilərin dəstəyini ala biləcək lider tapa bilmir. Əgər bunu həll etsə, Paşinyana qarşı etiraz mitinqləri başladacaq. Bunu edə bilməsə isə “B” variantını işə salacaq. Müşahidələrdən bilirik ki, “B” variantına isə silahlı qarşıdurmadan vətəndaş müahribəsinə qədər, silahlı saldırıya qədər bir çox elementlər daxildir. Rusiya bütün variantlardan istifadə edə bilər”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki