Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 595 $▲0.76%
  • Ethereum1 796 $▲1.58%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Pensiya və maaşlar artacaq - AÇIQLAMA

image-1660718876_pensiya-teqaud-bankomat-atm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“2023-cü ildə sosial paketin genişləndirilməsi prioritetdir. Pensiyalarda artıq artımlar baş verdi. Həm yardımların pensiya hissəsinə əlavələr edilməsi, həm də indeksasiyanın həyata keçirilməsi müşahidə olundu. Artıq fevral ayından etibarən pensiyaçılar artımla öz pensiyalarını aldılar”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, bu il ərzində də pensiya, maaş və sosial müavinətlərin artması gözlənilir:

“Minimum əmək haqqının artması digər istiqamətlərdə də məvaciblərə təsir göstərdi. Xüsusən vahid tarif cədvəli üzrə maliyyələşən işçilərin əmək haqlarında bunu görmək mümkün oldu. Növbəti mərhələdə əmək haqlarının artması birbaşa sərəncamlardan asılı olacaq. Praktiki olaraq həm pensiya, həm sosial müavinət, həm də təqaüdlərdə artımları müşahidə etmişik. Ölkə başçının siyasi iradəsi ondan ibarətdir ki, sosial proqramlara ayrılan vəsaitin həcmində artımlar və bu konteksdə sosial paketin daha da dərinləşməsi həyata keçirilsin. 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətlərə 15,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da ümumi büdcə xərclərinin 46 faizi deməkdir. 2023-cü ildə sosial paket daha da dərinləşəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100892