Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.34 $▼0.06%
  • WTI neft82.25 $▼0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.385 $▲0.36%
  • Qızıl3 732 $▼0.21%
  • Gümüş45.26 $▲0.38%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.75 ¢▲0.17%
  • Bitcoin63 333 $▲0.56%
  • Ethereum1 795 $▲1.12%
  • S&P 5007 324▼0.23%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Son dəqiqə

Pensiyalar artımla nə vaxt ödəniləcək?

image-pensiya-tqaud-bankomat-atm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belə ki, 2017-ci ildə qəbul edilən “Əmək pensiyaları haqqında” qanuna əsasən, hər il əvvəlki ildə iqtisadiyyatda muzdlu əməkhaqqı alan şəxslərin orta illik əməkhaqqı artım faizinə uyğun olaraq, növbəti ildə pensiyalar həmin faiz qədər indeksləşdirilir, yəni artırılır. Bəs bu il pensiyalar nə qədər artırılacaq?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, 9,2–9,3 faiz aralığında artım olacağı gözlənilir:

“Keçən ilin yekun göstəricisi hələ açıqlanmayıb. Bu rəqəm adətən ilin əvvəlində — yanvarın ilk həftələrində, dekabrın 31-nə olan məlumatlar əsasında təqdim olunur. Hazırda noyabr ayının göstəricisi məlumdur və bu rəqəm 9,3 faiz təşkil edir. Bu göstərici fevralın ilk 10 günlüyündə dəqiqləşəcək. Daha sonra həmin faiz əsasında qanunun tələbinə uyğun olaraq Prezident tərəfindən sərəncam imzalanır və pensiyalar yanvarın 1-dən etibarən artırılır”.

X.Kərimli qeyd edib ki, yanvar ayında alınmayan artım fevral ayında kompensasiya olunur, yəni fevral pensiyasına həm yeni məbləğ, həm də yanvar ayı üçün hesablanan fərq əlavə edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179813