Pensiyalar bu qədər artacaq – Rəsmi

image-pensiyabackend

“Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.

Busaat.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:

“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var”.

Qeyd edək ki, deputat Vüqar Bayramov pensiya artımları ilə bağlı açıqlamasında təxmini hesablama aparmışdı. Vətəndaşlar bu linkdən öz pensiyalarını hesablaya bilərlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki